Dəmiryolu Vağzalında yenilik: İşlə, yat, dincəl (FOTOLAR)

11:00   11 Mart 2017    Oxunub: 17444

Bakı Dəmiryolu Vağzalında sərnişinlərin istirahət etməsi üçün “Sleepbox” quraşdırılıb.

AzVision.az-ın məlumatına görə, “Sleepbox” qatarın gəlişini gözləyən sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulub.

Sərnişinlər “Sleepbox”da TV-yə baxa, öz kompüterlərində işləyə, həmçinin yata bilərlər.

“Sleepbox” isti döşəmə, elektron jalüz və kondisionerlə təchiz olunub. Həmçinin burada istirahət edən sərnişin qatarların hərəkət cədvəlini onlayn rejimdə nəzərətdə saxlaya bilər. “Sleepbox”da istirahət etmək istəyən şəxs gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir.

Hələlik “Sleepbox”dan istifadənin qiyməti müəyyən edilməyib.







Anar Kəlbiyev
Foto:Elvin Abdulla

Teqlər:




Rubrikanın digər yazıları