`Biz münaqişənin sülh yolu ilə həllini istəyirik`- Nazir müavini

`Biz münaqişənin sülh yolu ilə həllini istəyirik`- Nazir müavini
  26 Fevral 2017    Oxunub:2213
“Ermənistan tərəfi növbəti təxribatlarını törətmək üçün müəyyən addımlar atır. Nə vaxtki Ermənistan işğal olunmuş əraziləri boşaltmalıdır, onda bu təxribatların sayı artır”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Ermənistan ordusunun son günlər cəbhədə törətdiyi təxribatlara münasibət bildirərkən deyib.

XİN rəsmisi qeyd edib ki, Ermənistan bu təxribatları danışıqlar prosesindən yayınmaq üçün həyata keçirir: “Dünya artıq Ermənistanın şıltaqlığından doyub. Status-kvo dəyişməli, işğal olunmuş ərazilər azad olunmalıdır. Bu, regionda sülhə nail olmağa gətirib çıxarır. Təxribatların donu yoxdur. Azərbaycan xalqı işğalda olan torpaqları azad etmək gücünə malikdir. Biz bunu edəcəyik”.

Azərbycanın sülhsevər dövlət olduğunu deyən X.Xələfov bildirib ki, biz münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. “Dünya ictimaiyyətindən tələb edirik ki, Ermənistanın təcavüzkar siyasətinə son qoymağa çağırılsın. Onları sülhə vadar etsinlər. Dünyada belə nümunələr var ki, bəzi dövlətlər sülhlə razılaşmayanda onu sülhə vadar edirlər. Bu gün həmsədrlər və digər dövlətlər Ermənistanı sülhə vadar etməlidirlər. Vəziyyətin bu cür qalması region üçün çox böyük təhlükə mənbəyidir. Ən azı danışıqlar prosesinə yeni impuls verilməlidir. Bu addımlar atılmasa, regionda sülhə nail olmaq mümkün olmayacaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti