İnformasiya təxribatı: Ermənilər saxta videolar yayır

İnformasiya təxribatı: Ermənilər saxta videolar yayır
  26 Fevral 2017    Oxunub:67448
Cəbhədəki hadisələrlə bağlı erməni KİV-lərində, sosial şəbəkələrin Ermənistan seqmentində ictimai rəyi çaşdırmağa yönələn təxribat xarakterli videogörüntülər və müxtəlif səpkili informasiyalar yayılıb.

AzVision.az tam əminliklə bildirir ki, düşmən tərəfinin yerli sakinlərin “telefon danışığı” və hərbçilərimizin erməni silahlı qüvvələri tərəfindən “vurulması”nı əks etdirən görüntülər real deyil, montajdır. Yayılan videolar ermənilərin növbəti saxtakarlığıdır. Görüntülərə diqqətlə baxdıqda, onların montaj olduğunu asanlıqla ayırd etmək mümkündür.

Ermənistanın Müdafiə Nazirliyi aprel döyüşlərində olduğu kimi bu dəfə də müasir texnologiyanın imkanlarından “məharətlə” istifadə etməklə təmas xəttində növbəti təxribat cəhdlərinin iflasa uğramasını, döyüşlərdə ağır itkilər vermələrini ört-basdır etməyə çalışır.

Düşmənin saxta görüntülər və yalan məlumatlar yaymaqda məqsədi Ermənistan cəmiyyətində “qəhrəman” obrazı yaratmaq, ölkədəki narazı kütlənin ağzını yummaq və Azərbaycana psixoloji təsir göstərməkdir.

AzVision.az vəziyyətin həssaslığını nəzərə alaraq oxucularına və yerli KİV-lərə yalan informasiyalara uymamağı, ermənilərin yaydığı foto və videogörüntülərdən mənbə kimi istifadə etməməyi tövsiyə edir.

Nəzərə almalıyıq ki, Ermənistanla müharibə təkcə cəbhədə silahla deyil, informasiya müstəvisində də aparılır.


Teqlər:





Xəbər lenti