Dünyanın ən `təhlükəli` işi Rusiya diplomatı olmaqdır
A.Karlovun terror hücumuna məruz qalmasından bir həftə sonra növbəti ölüm xəbəri Qazaxıstandan gəldi. Qazaxıstanda çalışan diplomat Roman Skrilnikovun dekabrın 26-da yaşadığı mənzildə meyiti tapıldı.
Rusiyanın Yunanıstandakı səfirliyində çalışan 55 yaşlı diplomat Andrey Malanin isə yanvarın 9-da evində ölmüş vəziyyətdə tapıldı.
Bundan sonra, yanvarın 26-da uzun zamandır Rusiyanın Hindistandakı səfiri olmuş 68 yaşlı Aleksandr Kadakinin "növbəsi çatdı".
Son vəfat edən diplomat isə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin oldu. 11 ildir bu vəzifədə çalışan 64 yaşlı V.Çurkin Nyu Yorkda dünyasını dəyişib. (Trend)
AzVision.az
Teqlər: