`Düşmən yenidən təxribata əl atsa, ağır zərbələr vurulacaq`

`Düşmən yenidən təxribata əl atsa, ağır zərbələr vurulacaq`
  23 Fevral 2017    Oxunub:14658
Xəbər verdiyimiz kimi, Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.

Düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Bundan əlavə fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub.

Sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AzVision.az-a bildirib ki, bütün bu təxribatlar Ermənistan ictimaiyyətini aldatmağa hesablanıb.

Onun sözlərinə görə, belə təxribatlar Ermənistanda olan etirazları sakitləşdirmək üçün həyata keçirilir.

“Bu cür addımlar Ermənistanda etiraz edən narazı kütlənin diqqətini cəbhəyə yönəltmək üçün atılır. Ermənilər başa düşməlidirlər ki, növbəti dəfə cəbhədə təxribata əl atsalar, daha ağır zərbələrə məruz qalacaqlar. Düşmən aprel döyüşlərindən nəticə çıxarmalıdır. Əks halda onlara sarsıdıcı zərbələr endiriləcək".

Anar Kəlbiyev
AzVision.az



Teqlər:





Xəbər lenti