Qalmaqallı səhnə `Recep İvedik 5`dən çıxarıldı - Video
AzVision.az xəbər verir ki, bu barədə filmin qəhrəmanı, tanınmış aktyor Şahan Gökbakar "İnstaqram" səhifəsində bildirib.
"Mən filmlərini gülmək və güldürmək üçün çəkirəm. Azərbaycanlı qardaşlarımın üzülməsi mənim qəlbimi qırar. Sevə-sevə filmdən həmin səhnəni çıxardıram. Hamınızı çox sevirəm" - deyə Gökbakar söyləyib.
Qeyd edək ki, filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlar narazılığa səbəb olmuşdu. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Necdet Ünüvar bu görüntülərə etirazını bildirmişdi.
Həmin görüntüləri bir daha təqdim edirik:
AzVision.az