22 FEVRAL 2017 4+7 Bakı 0-5 Xankəndi 0+5 Xaçmaz 0+5 Bərdə 4+7 Lənkəran -3+2 Naxçıvan 2+7 Gəncə 4+7 Sumqayıt 0-5 Kəlbəcər 0-5 Laçın 0-5 Qubadlı 0-5 Şuşa 2+7 Ağdam Zəngilan 2+7 Cəbrayıl 2+7 Füzuli 0+5 Şəki

Dağıdıcı silahlarımız - Bu raket İrəvanı yerlə yeksan edə bilər

Tarix 12.01.17, 13:37

Font ölçüsü : - / +


Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında bildirib ki, ölkənin hərbi potensialının gücləndirilməsi üçün böhranlara, neftin ucuzlaşmasına baxmayaraq, əlavə tədbirlərin görüləcək.

Dövlət başçısının sözlərinə görə, keçən il bu istiqamətdə önəmli addımlar atılıb. Ali Baş Komandan diqqətə çatdırıb ki, bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib.

“Hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir. Bu, belə də olmalıdır. Biz müharibə şəraitində yaşayırıq. Bütün böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz ordumuzu ən müasir silah-sursat, texnika ilə təmin edirik. Keçən il çox önəmli addımlar atılıb. Ən müasir silahlar ölkəmizə gətirilib və bu il də bu proses davam edəcək. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək”,- prezident vurğulayıb.



Prezidentin çıxışına münasibət bildirən hərbi ekspert Rəşad Süleymanov AzVision.az-a bildirib ki, Azərbaycanda Silahlı Qüvvələrə xüsusi diqqət yetirilir. Ordumuz yeni hərbi texnikalar və yüksək dəqiqliyə, dağıdıcı gücə malik müasir silahlarla təmin edilir.

Rəşad Süleymanovun fikrincə, Azərbaycan fərqli coğrafiyada yerləşən ölkələrlə əməkdaşlıq edir: “Dekabr ayında biz müsair raket sistemlərindən bəzilərini gördük. Bundan əvvəl Azərbaycanda keçirilən hərbi səgidə əldə olunan müəyyən silah və texnikalar nümayiş olunub. Aprel döyüşlərində Azərbaycan son illərdə aldığı silahların 10-15 faizindən istifadə etmişdi. Ordumuzun istifadəsində müasir uzaq mənzilli reaktiv yaylım atəş sistemləri, artileriya sistemləri, pilotsuz uçuş aparatlar var. Azərbaycanın pilotsuz hava vasitələri havada 48 saata qədər qala bilir. Ölkəmizdə istehsal olunan pilotsuz uçuş aparatlar silahlanmamıza daxil olmağa başlayıb. Həmin aparatlar 16 və 24 saata qədər havada qalmaq imkanlarına malikdir. Bu, potsovet məkanında ən böyük göstəricidir. Azərbaycanın pilotsuz aviasiya parkı öz dayanıqlığına görə Rusiya, Ukrayna və Belarusu qabaqlayır”.



Ekspert bildirib ki, ölkə başçısının qeyd etdiyi kimi ordumuzun yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik ən müasir silahları var: “Azərbaycan İsraildən 40-50 km mənzilə malik "Lynx LAR-160", 150-160 km mənzilə sahib “EXTRA”, Türkiyədən 40 km mənzilə sahib “TR-122 Sakarya”, 105-130 km-lik TR-300 “Qasırğa” alıb. Pakistandan və digər ölkələrdən daha uzaq mənzilli raketlərin tədarükünü həyata keçirilib. Son olaraq Belarus tərəfi Azərbaycanla 250 km mənzilə malik "Polonez" raket kompleksinin alqı-satqısına dair razılıq əldə olunduğunu açıqlayıb. Bu gün Azərbaycan Ermənistan ərazisindəki istənilən hədəfi yüksək dəqiqliklə vurmaq imkanına malikdir.

Cənab prezidentin Naxçıvan səfərində ölkəmizdə olan bəzi yeni silahlar göstərildi. Orada diqqət çəkən silah Türkiyədən aldığımız 300 mm-lik “Qasırğa” raketləridir. Bu raketlərin atış mənzili 130 kilometr məsafədir. Naxçıvanla Ermənistanın paytaxtı İrəvan arasındakı məsafə hava yolu ilə təxminən 70-75 kilometrdir. Cənab prezidentin ötən səfərində nümayiş olunan “Smerç” və “Qasırğa” ilə nəinki İrəvanı, Ermənistanın dərinliyindəki istənilən təhlükə yaradan hədəfləri məhv etmək olar. Həmçinin Naxçıvandan Qarabağdakı erməni hədəflərinə də zərbələr endirmək mümkündür”.



R.Süleymanov, həmçinin aprel döyüşlərində istifadə olunan 1000 km məsafəyə qədər uçan "Harop" gəzən sursatından bəhs edib: “Bu, dünyada yeni bir texnologiyadır. 15-23 kiloqram arasında döyüş başlığı daşıyır. Bunula istənilən strateji qərargahı və yaxud yaşayış binasını məhv etmək mümkündür. Həmçinin bölgədə Rusiyadan sonra yalnız bizdə olan “TOS-1A” nı misal gətirmək olar. Buna “Cəhənnəm silahı” da deyilir. Həmçinin ordumuzda olan "Toçka-U" operativ taktiki raketləri 120 km məsafədə düşmənin strateji obyektlərini dəqiqliklə məhv etməyə imkan verir. Bunlar bizim təlimlərdə və paradda gördüyümüz silahlardır. Təbii ki, cənab prezidetin qeyd etdiyi kimi bəzi silahlarımız var ki, nümayiş olunmayıb. Həmin silahları lazım gəldikdə düşmən üzərində sürpriz olaraq görəcək”.




Anar Kəlbiyev
AzVision.az


Xəbərin oxunma sayı : 54040


Bu xəbərə şərh yaz


(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq ifadələr işlətməməli, Azərbaycan qanunlarına zidd çağırışlar etməməlidir. Bu cür şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək)
Adınız:
Əlavə et
Siz 512 hərf daxil edə bilərsiniz


AzVision SMARTFONDA

Neftin qiyməti - AKTUAL


Sorğu

Sizcə, Bakı qışa hazırdırmı?
Hazırdır
Xırda problemlər də düzəlsə, hazırdır
Hazır deyil

  Nəticələr!    İştirak edənlər: 2135

İnfoqrafika

Ötən gün fotolarda

ŞƏRHSİZ

ARXIV TƏQVİMİ

Rubrikanin digər yazıları

Moskvada Qarabağ danışıqları başlayır - Əvvəl Nalbandyan, sonra Məmmədyarov Ermənilərin növbəti təxribatı - Düşmən itki verdi (VİDEO) Xocalı faciəsinin 25-ci ildönümünə hazırlıq - FOTOLAR Mehriban Əliyeva: `Mənə inanan insanların etimadını doğrultmağı bacaracağam` (VİDEO) `Mehriban Əliyeva çox böyük işlər görüb` - Prezident (VİDEO) Emin Millinin `şefi` Qarabağda: Maskalar yırtıldı – TƏHLİL ABŞ konqresmeni Xocalı soyqırımını pislədi `Münaqişənin həll olunması Rusiyanın da marağındadır` - Prezident Andiçmədən bir ay keçdi: Tramp hansı işləri görüb? - ŞƏRH XİN-dən qondarma `referendum`la bağlı açıqlama: Onlar `qara siyahı`ya salınacaq `Ermənilər onun dişini özünə çəkdirdilər` - Xocalının canlı şahidi danışır (VİDEO) `Qarabağdakı `referendum` tamamilə qanunsuzdur` - İlham Əliyev Probasiya Xidməti Azərbaycana nə verəcək? – Millət vəkili şərh edir Los-Ancelesdə erməni təxribatının qarşısı alınıb - FOTOLAR `The Hill` Ermənistanın işğalçı siyasətindən yazdı `Qarabağda baş verənlərdən çox narahatıq` - ATƏT-in baş katibi `Ermənistan tərəfi münaqişənin həllində maraqlı deyil` - İlham Əliyev Prezident Binəli Yıldırımla Qarabağı müzakirə edib -Yenilənib Bankların xarici borcları niyə artıb? - TƏHLİL Əfv Komissiyasında 250-dən çox müraciətə baxılıb Türkiyə Qarabağdakı `referendum`u tanımayacaq Prezidentin `Əl-Cəzirə`yə müsahibəsi – TAM MƏTN İlham Əliyev: `Qarabağın müstəqilliyinə heç vaxt razı olmayacağıq` Qarabağda keçiriləcək `referendum` kəskin etiraza səbəb oldu Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan alır Əhalinin sayı, boşananlar, evlənənlər - Ötən ilin statistikası Çeçenlərə yardım edən azərbaycanlı avtoritet – GİZLİ TARİX Ohanyan Sarkisyana meydan oxudu: `Hakimiyyətin əleyhinəyəm` `Generalların Bakı görüşü Azərbaycana böyük nüfuz gətirəcək` Parlament Xocalı ilə bağlı dünya dövlətlərinə müraciət edəcək

XƏBƏR LENTİ