Prezidentin təltif etdiyi şəhidin ad günüdür - FOTOLAR

Prezidentin təltif etdiyi şəhidin ad günüdür - FOTOLAR
  12 Yanvar 2017    Oxunub:8047
Bu gün aprel döyüşlərində şəhid olan müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu Təbriz Əsgərovun doğum günüdür.
AzVision.az-ın məlumatına görə, Təbriz Əsgərov 12 yanvar 1993-cü ildə Şəmkir rayonunda anadan olub. 2010-cu ildə Təbriz Əsgərov Şəmkirdə Nizami Gəncəvi adına tam orta məktəbi bitirib.

O, 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olub. 2016-cı ilin aprelin 6-da şəhid çavuş Şəmkir rayonunun Morul kəndində son mənzilə yola salınıb.

Təbriz Əsgərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.







Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti