Məktəblərdə şagirdlər soyuqdan donur? - Rəsmi açıqlama

Məktəblərdə şagirdlər soyuqdan donur? - Rəsmi açıqlama
  28 Oktyabr 2016    Oxunub:11862
Təhsil Nazirliyi məktəblərdə istilik sisteminin quraşdırılmaması, şagirdlərin sinif otaqlarında soyuqdan donması haqda yayılan məlumatlara aydınlıq gətirib.
Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, maye yanacaqla qızdırılan məktəblərə yanacağın verilməsi prosesi bir müddət olar ki, başlayıb.

Məlumatda qeyd edilib ki, fərdi qazanxanası olan məktəblər isə istiliklə təmin olunub.

Nazirlikdən bildirilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, məktəblərə istiliyin tez verilməsi ilə bağlı müvafiq dövlət qurumuna müraciət olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti