İŞİD-çilər əhalidən seçilməmək üçün saqqallarını qırxır

İŞİD-çilər əhalidən seçilməmək üçün saqqallarını qırxır
  27 Oktyabr 2016    Oxunub:3989
İŞİD yaraqlıları İraqın Mosul şəhərində dinc əhalidən seçilməmək üçün saqqallarını qırxır.
RİA Novosti istinadən xəbər verir ki, bu barədə yerli sakinlər məlumat veriblər.

“Mən İŞİD yaraqlılarını görmüşəm, onların xarici görünüşləri tamamilə dəyişib. Onlar saqqallarını qırxıblar və paltarlarını dəyişiblər”, - Əbu Saif adlı şəhər sakini bildirib.

Onun sözlərinə görə, yaraqlılar snayperlərin hədəfinə çevrilməmək və şəhəri asan tərk etmək üçün xarici görünüşlərini tamamilə dəyişiblər.

AzVision.az


Teqlər:





Xəbər lenti