`Prezidentin sözləri bizim üçün böyük məsuliyyətdir` - Prosineçki

`Prezidentin sözləri bizim üçün böyük məsuliyyətdir` - Prosineçki
  26 Oktyabr 2016    Oxunub:1843
"Ölkəmin prezidenti xanım Kolinda Qrabar-Kitaroviç və Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşdüyüm üçün çox şadam. Azərbaycan Prezidenti tərəfindən Xorvatiyanın dövlət başçısının şərəfinə verilən ziyafətdə iştirak etdiyim üçün böyük fəxr hissi keçirirəm".
Bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki yığma və özü barədə Prezident İlham Əliyevin səsləndirdiyi xoş sözlərlə bağlı affa.az-a açıqlamasında deyib.

R.Prosineçki bildirib ki, dövlət başçısının millinin nəticələrindən razı olması, Xorvatiyanın Azərbaycanda ən yaxşı səfiri adlandırılması onu sevindirir və qürurlandırır: "Bu, mənim üçün böyük şərəfdir və buna görə təşəkkür edirəm. Haqqımızda deyilən xoş sözlər, eyni zamanda, bizim üçün böyük məsuliyyətdir. Qarşıdakı oyunlarda bu etimadı doğrultmağa çalışacağıq”.

Xatırladaq ki, Xorvatiya prezidenti ilə görüşündə İlham Əliyev futbol üzrə Azərbaycan milli komandası ilə fəxr etdiyimizi və son oyunlarda yığmanın yaxşı oyun nümayiş etdirdiyini qeyd etmiş, bunda baş məşqçi Robert Prosineçkinin əməyini xüsusi vurğulamışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti