Azərbaycanlı müğənni narkotiklə tutuldu - Video

Azərbaycanlı müğənni narkotiklə tutuldu - Video
  25 Oktyabr 2016    Oxunub:5502
Türkmənistanın tanınmış müğənnisi Nazir Həbibov narkotik ittihamı ilə həbs edilib.
AzVision.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, əslən azərbaycanlı olan müğənni Türkmənisyan televiziyasının efirində əli qandallı şəkildə müntəzəm şəkildə tiryək qəbul elədiyini etiraf edib.

“Gözəl yaşadığım halda hərəkətimlə valideyinlərimi, ailəmi və 4 uşağımı rüsvay elədim. Söz verirəm ki, bir də belə şey etməyəcəm. Məni bağışlayın”, - deyə müğənni bildirib.

Qeyd edilib ki, Nazir Həbibov Türkmənistanda ən bahalı toy müğənnilərindən biridir. Türkmənistanda doğulan Nazir Həbibov əslən azərbaycanlıdır. Valideyinlərindən başqa həyat yoldaşı da azərbaycanlıdır.




Teqlər:





Xəbər lenti