`İsgəndər`in də `kitayski`si hazırlandı - FOTO

`İsgəndər`in də `kitayski`si hazırlandı - FOTO
  24 Oktyabr 2016    Oxunub:14296
Çinin müdafiə-sənayesi kompleksi Çjuxaedə “Airshow China 2016”-da beynəlxalq hərbi sərgisində yeni M20 taktiki raket kompleksinin eksort variantını təqdim edəcək.
AzVision.az “defence-blog.com”-a istinadən xəbər verir ki, “M20” kompleksi həm xarici görünüşünə görə, həm də taktiki-texniki xüsusiyyətinə görə, Rusiyanın “İsgəndər” raket kompleksinə bənzəyir.

Rusiyadan olan analoqu kimi kompleks 280 kilometrə (400 kilometrdə olan hədəfi vurmaq imkanı var) qədər hədəfləri vurmaq imkanına malik iki taktiki raketlə təchiz olunub. Lakin “İsgəndər”lərdən fərqli olaraq yeni Çin qurğusunun individual-buraxılış konteynerlərdə də raket də var.

Raketlərin özlərinin texniki xarakteristikaları isə hələlik gizli saxlanılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti