Rusiya XİN Qarabağ haqda: `Türkiyənin iştirakını alqışlayırıq`

Rusiya XİN Qarabağ haqda: `Türkiyənin iştirakını alqışlayırıq`
  20 Oktyabr 2016    Oxunub:2145
Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirakını alqışlayır.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

"Minsk qrupunun üzvləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv rol oynaya biləcəksə, Rusiya bunu yalnız alqışlaya bilər" – Rusiya XİN rəsmisi bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun birbaşa vəzifəsi fəal olmaq və münaqişənin həllinə konstruktiv töhfə verməkdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti