33 rayon və şəhərə dotasiya ayrılmayacaq - SİYAHI

33 rayon və şəhərə dotasiya ayrılmayacaq - SİYAHI
  29 Sentyabr 2016    Oxunub:3377
2017-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 642,4 mln. manat proqnozlaşdırılır.
Maliyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 2017-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 10,6 faiz təşkil edəcəkdir ki, bu da əvvəlki illə müqayisədə 743,5 mln. manat və ya 42,7 faiz azdır.

Yerli gəlirləri öz hesabına təmin edən rayon və şəhərlərin sayı 33-ə çatdırlıb. Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları 2017-ci ildən xərclərini öz gəlirləri hesabına təmi edəcək. Ümumlikdə isə bu rayonlara dotasiya ayrılmayacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti