Pereslə vida mərasimi keçirilir - ABŞ bayraqları endirildi
İsrail prezidenti Reuven Rivlin, baş nazir Binyamin Netaniyahu, parlamentin sədri Yuli Edelşteyn, parlamentdəki müxalifətin başçısı İtshal Gertsoq 9-cu prezidentin tabutunun önünə gül dəstəsi və əklil qoyublar.
Mərhum prezident sabah günortadan sonra dəfn olunacaq. Sabah səhər isə Pereslə rəsmi vida mərasimi baş tutacaq. Səksən ölkənin rəsmi nümayəndələrinin İsrailə səfər edəcəyi gözlənilir. Rusiyanı mərasimdə Federasiya Şurasının spikeri Valentina Matviyenko təmsil edəcək.
ABŞ prezidenti Barak Obama isə Şimon Pereslə vidalaşmaq üçün bu gün İsrailə gedir. Amerikalı liderinin tapşrığı ilə ABŞ bayrağı bütün rəsmi müəssisələrdə, diplomatik nümayəndəliklərdə, hərbi bazalarda endirilib.
Qeyd edək ki, Ş.Peres sentyabrın 30-da dəfn ediləcək.
Eldar Tanrıverdiyev
AzVision.az