Aprel şəhidinin heykəli ucaldıldı - FOTO

Aprel şəhidinin heykəli ucaldıldı - FOTO
  28 Sentyabr 2016    Oxunub:10717
Bu ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Samir Kaçayevin şərəfinə heykəl ucaldılıb.
AzVision.az xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin məzunu olan şəhid Samir Kaçayevin heykəli həmin fakültənin müəllimi Rahib Qarayev tərəfindən hazırlanıb.

Heykəl şəhidin məzarının üzərinə qoyulub. Müəllim Rahib Qarayev heykəli 5 ay ərzində hazırlayıb.

Qeyd edək ki, S.Kaçayev 2016-cı ilin aprelin 2-də cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olub. Şəhid əsgər 3 aprel doğulduğu Şamaxı rayonunda dəfn edilib.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti