Rövnəq Abdullayev Tsiprasla görüşdü - İşçi qrup yaradıldı

Rövnəq Abdullayev Tsiprasla görüşdü - İşçi qrup yaradıldı
  27 Sentyabr 2016    Oxunub:1893
Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yunanıstana səfəri çərçivəsində bu ölkənin Baş naziri Aleksis Tsipras ilə görüşüb.
AzVision.az SOCAR-ın saytına istinadən xəbər verir ki, saat yarım ərzində davam edən danışıqlar səmimi və müsbət əhval-ruhiyyədə keçibr. Baş nazir A.Tsipras Azərbaycanı Yunanıstanın strateji tərəfdaşı olan ölkə, SOCAR-ı isə strateji sərmayəçi şirkət olaraq dəyərləndirdiyini bildirib. O qeyd edib ki, SOCAR-ın Yunanıstan bazarına daxil olması üçün bütün mümkün addımları atmağa hazırdır.

DESFA şirkətinin özəlləşdirilməsi ətrafında yaranmış böhranı tənzimləmək məqsədi ilə tərəflər işçi qrup yaradılması haqqında razılığa gəliblər. Görüşdə işçi qrupuna Azərbaycan tərəfindən SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun, Yunanıstan tərəfindən Baş nazirin iqtisadi məsələlər üzrə Baş müşaviri Dimitrios Liakosun rəhbərlik etməsi haqda razılıq əldə olunub. Qeyd edilib ki, işçi qrup Avropa İttifaqı və Yunanıstanın dövlət qurumları ilə müvafiq müzakirələr aparmaqla hər iki tərəfi qane edən təkliflər hazırlamalıdır.

İşçi qrupunun fəaliyyəti üçün səmərəli şərait yaradılması məqsədi ilə SOCAR təminat məktubunun 31 oktyabr 2016-cı il tarixinə qədər uzadılması haqqında qərar qəbul edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti