`Rusiya nüvə silahından istifadə etsə...` - Pentaqonun rəhbəri

`Rusiya nüvə silahından istifadə etsə...` - Pentaqonun rəhbəri
  27 Sentyabr 2016    Oxunub:1667
ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib ki, hazırda iki ölkə - Rusiya və Şimali Koreya ABŞ üçün nüvə təhlükəsi daşıyır.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Karterin fikrincə, ABŞ NATO-dakı müttəfiqlərilə birlikdə Rusiyanı nüvə silahı işlətmək niyyətindən uzaq tutmağa çalışır.

“Moskvanın son vaxtlar yumruq silkələməsi və yeni nüvə sistemləri yaratması onun nüvə təhlükəsizliyi ilə bağlı çoxdan oturuşmuş köhnə qaydalara sadiqliyi ilə bağlı suallar yaradır”,- Karter deyib.

O, əlavə edib ki, ABŞ konflikt üçün bəhanə axtarmır, əksinə, onlardan yayınmağa çalışır.

ABŞ-ın özünü və müttəfiqlərini müdafiə etməyə hazır olduğunu söyləyən Pentaqonun rəhbəri bəyan edib ki, nüvə silahından istənilən formada istifadə etmək cəhdinə daha güclü və effektiv cavab veriləcək.

O, Hindistanın və Çinin nüvə texnologiyalarını pozitiv yöndə iştirak etdirdiklərini qeyd edib: “Bu dövlətlər özlərini peşəkarcasına aparırlar”.

İranın nüvə proqramına toxunan Karter bunu təhlükə kimi görmədiklərini açıqlayıb.

Tariyel
AzVision.az


Teqlər:  





Xəbər lenti