`Referendumda qanun pozuntusu olmayıb`- TürkPA
Müşahidə missiyasının üzvü Haluk İpək bildirib ki, referendumun çox yüksək səviyyədə təşkil olunub: “Səsvermənin nəticələri xalqın iradəsini əks etdirir. Referendumun nəticələrinə ciddi təsir edəcək hər hansı bir pozuntu müşaidə edilməyib. Bəzi texniki çatışmazlıqlar müşahidə edilib ki, bu da referendumun nəticələrinə təsir etməyib. Referendum beynəlxalq standartlara uyğun keçirilib”.
Qeyd edək ki, bu, TürkPA-nın Azərbaycanda izlədiyi dördüncü seçkidir. Müşahidə missiyasının tərkibində Qazaxıstan, Türkmənistan, Türkiyə, Qırğızıstan millət vəkilləri daxildir.
Elvin Abdulqədirov
AzVision.az