Azərbaycanda toy yasa döndü: Ölən və yaralılar var

Azərbaycanda toy yasa döndü: Ölən və yaralılar var
  25 Sentyabr 2016    Oxunub:5539
Göygöl rayonunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Hadisə rayonunun Yeni Qızılca kəndində qeydə alınıb

Toy karvanında hərəkət edən VAZ 2107” markalı avtomob “Niva” markalı avtomobil ilə toqquşub. Qəza zamanı “VAZ 2107” markalı avtomobilin sərnişini 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.

Avtomobildə olan digər sərnişinlər 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. “VAZ 2107” markalı avtomobilin sürücüsü Abdullayev İtiqam qəza zamanı xəsarət almayıb. “Niva” markalı avtomobilin sərnişinləri 1975-ci il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Kamil, o cümlədən sürücü 1983-cü il təvəllüdlü Bağırova Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. (Apa)

AzVision.az



Teqlər:  





Xəbər lenti