Polis Akademiyasının kursantları “döyüşdülər” - FOTOLAR

Polis Akademiyasının kursantları “döyüşdülər” - FOTOLAR
  04 Oktyabr 2014    Oxunub:29363
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Azərbaycan Respublikası Peyntbol Federasiyasının təşkilatçılığı ilə Polis Akademiyasının kursantları arasında Peyntbol turniri başa çatıb.

AzVision.az
xəbər verir ki, peyntbol turniri bu gün Şüvəlanda yerləşən oyun mərkəzində keçirilib. Yarışda ümumilikdə 25 kursant iştirak edib. Onlar hərəsində 5 nəfər olmaqla 5 komandaya bölünməklə mübarizə aparıblar.

Gərgin keçən oyunda III kursun müdavimləri qalib olublar. 2-ci yeri V kurs, 3-cü yeri isə II kursun müdavimləri qazanıblar. Qalib komandalara Azərbaycan Respublikası Peyntbol Federasiyasının xüsusi diplomları, 1-ci yerin qaliblərinə “ATL Group” tərəfindən SHARP televizorları, 2-ci və 3-cü yerin qaliblərinə isə musiqi mərkəzləri hədiyyə edilib.

Qaliblərə diplom və medalları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev təqdim edib. Daha sonra Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək bildirib ki, bizim akademiyanın müdavimləri üçün ilk dəfə belə bir yarış keçirilir.

General-mayor qeyd edib ki, təşkil edilən turnir gözəl bir günə təsadüf edir: “Bildiyiniz kimi ulu öndər Heydər Əliyev ilk dəfə Azərbaycan respublikasının prezidenti 3 oktyabr 1993-cü ildə seçilib. Həmçinin bu gün ölkəmizdə Qurban bayramı qeyd olunur. Bu yarışmada məhz belə əlamətdar günlərə təsadüf edib.

Təşəkkür edirik ki, bizim akademiyanın müdavimlərini bu turnirə cəlb ediblər. Çalışacağıq ki, bundan sonrakı yarışlarda da iştirak edək. Bizim müdavimlər üçün bu yarışda iştirak etmək çox maraqlıdır. Arzu edirəm ki, gələcəkdə Azərbaycan komandasında qaliblər arasında bizim nümayəndələrimizdə olsun. Onlara Azərbaycanı xarici dövlətlərdə təmsil etməyi arzu edirəm. Qalibləri təbrik edirəm”.

Qeyd edək ki, iştirakçıların mükafatlandırlması mərasimində Peyntbol Federasiyasının rəhbərliyi, tədbirin keçirlməsinə dəstək verən şirkətlərin nümayəndələri də iştirak edib. Turnir bayram əhval-ruhiyyəsində keçirlib.

“Toyota Bakı” Mərkəzi Polis Akademiyasının kursantları üçün test drayv maşınlarından istifadə üçün geniş imkanlar yaradıb. Həmçinin qaliblərə “Bakcell” şirkətinin və “Azərsun” şirkətinin hədiyyələri təqdim edilib.

Turnirdə qalib komandalarla yanaşı digər iştirakçılara hədiyyələr, diplomlar, xatirə medalları, o cümlədən “ATL Group” və SHARP-ın qiymətli hədiyyələri təqdim edilib. Turnirin keçirlməsində eyni zamanda “Modern Qrup”, “Bakcell”, “Azərsun Holdinq”, “Sirab” şirkətləri də dəstək verib.

Bütün turnir iştirakçılarına isə “UR Stile” Şirkəti və şəhər kassaları tərəfindən teatr, kino və konsertlərə biletlər hədiyyə edilib. Ölkəmizdə idmann inkişafının təminatını stimullaşdırmaq məqsədi ilə Turnir iştirakılarının sığortası “Meqa sığorta” tərəfindən həyata keçirilib.

Anar Kəlbiyev
Fotolar : Nuron

Qalereya




Teqlər:  





Xəbər lenti