ASAN-ın rəhbərinə nə sualın var?

ASAN-ın rəhbərinə nə sualın var?
  14 Yanvar 2014    Oxunub:14711
AzVision.az saytı oxucularına rəsmi şəxslərə, siyasətçilərə, millət vəkillərinə sual ünvanlamaq imkanı yaradır.
Saytımızın növbəti qonağı “ASAN xidmət”in rəhbəri İnam Kərimovdur. Ona sualı olanlar soruşmaq istədiklərini aşağıdakı şərh bölümünə yaza bilərlər.

İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sorbonne Universitetində hüquq üzrə magistr təhsili alıb.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.

2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.

Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

Paris (Sorbonne) Universitetindən hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb.
İngilis, fransız, fars və rus dillərini bilir.
Evlidir, iki övladı var.



Teqlər:  





Xəbər lenti