bp Azərbaycana 4 milyona yaxın pul xərcləyib

bp Azərbaycana 4 milyona yaxın pul xərcləyib
  31 Oktyabr 2014    Oxunub:1013
bp və onun tərəfdaşları Azərbaycanda neft-qaz sənayesini inkişaf etdirməklə yanaşı, təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi, təlim vasitəsilə yerli müəssisələrə dəstək, eləcə də hökumət qurumlarına texniki yardım göstərir.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib.

O bildirib ki, cari ilin yanvar-sentyabr aylarında bp və onun tərəfdaşları ölkəmizdəki belə layihələrə 3,84 milyon dollar xərcləyib.

Azərbaycanın iqtisadiyyatının güclənməsinə kömək məqsədilə bp və onun tərəfdaşları ölkənin hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların artırılmasını dəstəkləyən təşəbbüsləri bundan sonra da davam etdirəcəklər.


Teqlər:





Xəbər lenti