“Yenidən gənc olub, oxumaq istərdim” – Təhsil naziri

 “Yenidən gənc olub, oxumaq istərdim” – Təhsil naziri
  29 Noyabr 2014    Oxunub:1542
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşündə iştirak etmək üçün Bakıya gələn Türkiyənin təhsl naziri Nabi Avcı Azərbaycan Diplomatik Akademiyasında olub.
AzVision.az-ın məlumatına görə, ADA-nı ziyarət edən nazir tələbələrlə görüşüb:

“Adam yenidən gənc olub, burada oxumaq istəyir. Bu cür gözəl bir binada tələbə olmağın necə zövqlü olduğunu sizin üzünüzə baxanda başa düşürəm. Hazırda burada 80 əcnəbi tələbə oxuyur. İnşallah Türkiyədən gələn tələbələrin sayı da artacaq”,-deyə N.Avcı qeyd edib.

Eyni zamanda Türkiyənin təhsil naziri Türk Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) tərəfindən yenilənən Bakı Türk Anadolu Liseyinin açılış mərasimində iştirak edib.

Həmçinin N.Avcı baş nazir Artur Rasizadənin müavini Abid Şərifovla da görüş keçirib.


Teqlər:  





Xəbər lenti