“Xocalılara verilən müavinət fərqlənməlidir” - Deputat

 “Xocalılara verilən müavinət fərqlənməlidir” - Deputat
  20 Noyabr 2014    Oxunub:1134
“Xocalı soyqırımı qurbanlarına verilən müavinətlər digər şəhid ailələrindən fərqlənməlidir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2015-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib.

O bildirib ki, həmin şəxslərin sayı 613-dür: “Onlar üçün qanuna ayrıca bənd əlavə etməklə onları fərqləndirər və həyat şəraitini bir qədər də yaxşılaşdıra bilərik”.

Qarabağ əlilləri ilə bağlı məsələyə toxunan deputat deyib ki, onların cəmiyyətə inteqrasiyası, təhsili, yerləşdirilməsindən danışarkən bir şeyi aydınlaşdırmaq lazımdır ki, onların sayı nə qədərdir:

“Çox istərdik bilək ki, Qarabağ əlillərindən neçəsi hələ də evsizdir və dövlətin onlarla bağlı atacağı addım nədən ibarətdir? Dövlətin ən ali instansiyasında onlar ali qərarlarla fərqləndirilir. Çox istərdik ki, onlara verilən müavinətlərin məbləği artsın. Lakin onlar üçün ayrıca bir dövlət proqramına ehtiyac var. Biz dəfələrlə deyirik ki, əlillərin təhsili dövlətin diqqətindədir. Lakin etiraf edək ki, hərdən o insanlar sanki cəmiyyətdən çıxdaş olunur. Əlillər düşünür ki, dövlət əlbəttə ki, onlara həssas yanaşmalıdır. Çox istərdim ki, onlar üçün gələcək iş yerləri planında spesifik tədbirlər həyata keçirilsin”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti