“Oscar”a basqın edildi

 “Oscar”a basqın edildi
  22 Dekabr 2014    Oxunub:1481
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın olub.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də “Oscar” yanacaqdoldurma məntəqəsinin işçiləri Mikayıl Balakişiyevi və Hikmət Mustafazadəni bıçaqla hədələyib oradan 1154 manat və 2 ədəd mobil telefonun Ulacalı kənd sakini, əvvəllər məhkum olunmuş Kamil Babayev tərəfindən aparılması müəyyən edilib.

Araşdırmalar zamanı quldurluğun məntəqənin işçisi M.Balakişiyev tərəfindən təşkil edilməsi müəyyən edilib və o, tutulub.


Teqlər:





Xəbər lenti