“Azadlıq” qəzeti fəaliyyətini dayandırdı

 “Azadlıq” qəzeti fəaliyyətini dayandırdı
  31 İyul 2014    Oxunub:1079
“Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib.
“Azadlıq” qəzetindən AzVision.az-a verilən məlumata görə, buna səbəb qəzetin nəşriyyata olan borclarıdır. Qəzetin nəşriyyata 20 min manatdan artıq borcu yığılıb. Qəzet borcu düşünülmüş şəkildə salındığı maliyyə böhranına görə ödəyə bilmir.

Qəzetin ən böyük satıcısı “Qasid” firması ona olan 70 min manatdan artıq borcu ödəmir. KİV-ə dövlət dəstəyi fondu da qəzetin layihələrini maliyyələşdirməkdən imtina edib. Qəzet satış firmalarına yaradılan əngəllərə görə “Azadlıq”ın tirajı və deməli, gəlirləri də azalıb.

Nəşriyyatın qərarı artıq bu gündən qüvvəyə minib və qəzet sabah satışda olmayacaq.


Teqlər:





Xəbər lenti