“ASAN”- nın 8 günlük təlimi başa çatdı - Fotolar

 “ASAN”- nın 8 günlük təlimi başa çatdı - Fotolar
  02 Avqust 2015    Oxunub:3217
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) ilə Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA təşkilatı) arasındakı əməkdaşlıq çərçivəsində keçirilən səkkiz günlük təlim öz işini başa vurub. Bu barədə AzVision.az-a Dövlət agentliyindən bildiriblər

“Linux sisteminin təhlükəsizliyi”, “Məlumat təhlükəsizliyi”, “Şəbəkə təhlükəsizliyi” və “Proqram təminatı vasitəsilə təyin olunmuş şəbəkə” mövzularında təşkil olunmuş təlimlərdə Dövlət Agentliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikasının 20-ə yaxın dövlət orqanlarının nümayəndələri də iştirak ediblər.

Bütün iştirakçılar təlimləri uğurla başa vuraraq proqramın sonunda şəhadətnamələrlə təltif olunub.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti