“AAAF” Parkın rəhbərindən AÇIQLAMA

 “AAAF” Parkın rəhbərindən AÇIQLAMA
  26 İyul 2014    Oxunub:1090
Bu gün mətbuatda saxlanılması ilə bağlı xəbər yayılan “AAAF” Parkın rəhbəri Tofiq Heydərov adıçəkilən qurumda yoxlamaların aparılmasına aydınlıq gətirib.

T.Heydərov bildirib ki, yayılan məlumat təxribat xarakterlidir: “AAAF” İnşaat Azərbaycanda ən güclü inkişaf etmiş şirkətdir. Yaxın vaxtlarda bu proje bütün dünyada səs salacaq. Əlbəttə ki, bunun qarşısını almaq istəyən qüvvələr var. Eyni zamanda cənab prezidentin yaxın günlərdə Xırdalana gəlişi gözlənilir. Bu həmin səfərdən öncə bizə qarşı təxribatdır. Gördüyünüz kimi, hazırda işdəyəm. Yuxudan durub eşidirəm ki, belə məlumat yayılıb. Yəni bizim şirkət Azərbaycanda yeganə şirkətdir ki, bütün işlərdə, o cümlədən dövlətə vergi vermək qaydasında ən qabaqcıl şirkətlərdən biridir. Bizim gördüyümüz işlər göz qabağındadır. Siz ilk mediasız ki, biz haqqımızda yazılan informasiyaya reaksiya veririk. Əvvəllər də bizim haqqımızda ağlasığmaz xəbərlər yazıblar. Bizi kimlərləsə calayırlar. Bu şirkətləri mən təsis etmişəm və başında da mən dururam. Heç o yazıda yazılan kimi şirkətin direktoru deyiləm. Bir ildən çoxdur ki, “Zirvə İnternational Sports Club”un prezidentiyəm. Bu dünyada tanınacaq şirkətdir. Hər bir yerdə bizim bölmələrimiz var”.(qafqazinfo)


Teqlər:  





Xəbər lenti