“20 Yanvar”dakı sahibkarlara VAXT verildi

 “20 Yanvar”dakı sahibkarlara VAXT verildi
  26 İyul 2014    Oxunub:1005
Bakı Metropolitetinin “20 Yanvar” stansiyasının keçidindəki ticarət obyektləri söküləcək.
Bu barədə AzVision.az-a ticarət köşklərinin sahibkarları məlumat verib.

Onlar bildirib ki, iyulun 30-a qədər sahibkarlara vaxt verilib və bundan sonra bütün köşklər yığışdırılacaq.

Eyni zamanda, sahibkarlar obyeklərin yığışdırılması səbəbindən əllərindəki malları ucuz qiymətə satmağa başlayıblar.

Qeyd edək ki, Zaur Hüseynov Bakı Metropoliteninə rəis təyin olunduqdan sonra “20 Yanvar”dan başqa bütün stansiyaların keçidlərindəki ticarət obyektləri yığışdırılmışdı. Onların bir qismi ayrı-ayrı ticarət mərkəzlərində yerlə təmin olundular.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti