"Yol" aydınlığa çıxır - 20 ildən sonra

"Yol" aydınlığa çıxır - 20 ildən sonra
  22 Oktyabr 2014    Oxunub:2106
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin orqanı olan “Aydın yol” qəzeti oktyabrın 24-də satışda olacaq.
AzVision.az-ın əldə etdiyi məlumata görə, qəzetin ilk sayında Azərbaycan və dünya ədəbiyyatından nümunələr, tərcümə problemlərindən bəhs edən məqalələr, maraqlı müsahibələr, müəllif yazıları, aktual problemlərlə bağlı araşdırmalar işıq üzü görəcək.

24 səhifədən ibarət, rəngli “Aydın yol” qəzeti həftədə bir dəfə, cümə günləri çap olunacaq.

Qəzetin baş redaktoru Fəxri Uğurludur.




Teqlər:





Xəbər lenti