Rusiyadakı erməni miqrantlarının sayı məlum oldu

 Rusiyadakı erməni miqrantlarının sayı məlum oldu
  20 Aprel 2014    Oxunub:955
2013-cü ildə Rusiyanın ərazi miqrasiya orqanlarında 587 min 69 nəfər Ermənistan vətəndaşı qeydiyyatda olub.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bu barədə Ermənistan miqrasiya xidməti məlumat yayıb. Qurumdan bildirilib ki, 2013-cü ildə 16 min 550 nəfər Ermənistan vətəndaşı Rusiya vətəndaşlığına keçib.

56 min 435 nəfər Ermənistan vətəndaşı yaşayış yeri üzrə qeydiyyata durub. 145 min 122 nəfər müvəqqəti icazə ilə yaşayıb. 53 min 700 nəfərin isə Rusiya Federasiyasında işləmək icazəsi olub.


Teqlər:





Xəbər lenti