Qəzzadakı faciənin qarşısı alınmalıdır-Səfir

 Qəzzadakı faciənin  qarşısı alınmalıdır-Səfir
  30 İyul 2014    Oxunub:984
Bitərəf Dövlətlər Hərəkatına (BDH) üzv ölkələrin XİN rəhbərlərinin Fələstin Komitəsinin bir günlük iclası gələn həftə Tehranda keçiriləcək.

Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin deyib.

M.Pakayin bildirib ki, İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bu iclasda iştirak etmək üçün BDH-nin Fələstin Komitəsinə üzv ölkələrinin XİN rəhbərlərini Tehrana dəvət edib.

M.Pakayin deyib ki, bu gün dünyanın azad düşüncəli insanları Fələstin müqavimətini dəstəkləməklə Qəzzanın blokadasına son qoymalı və Fələstin xalqına qarşı hücumların dayandırılması və onlara yardımların çatdırılması üçün çalışmalıdırlar.

İranın Azərbaycandakı səfiri M.Pakayin Qəzzanın müdafiəsiz xalqına yardım üçün bütün ölkələrin hərəkətə keçməsinin zəruriliyini vurğulayıb: "Bütün ölkələr Qəzza xalqına təcili ərzaq və dərmanın çatdırlması üçün şəratin yaradılmasını istəməli və orada humanitar faciənin baş verməsinin qarşısını almalıdırlar".

Qeyd edək ki, BDH-nin Fələstin Komitəsinin təşkili ilə bağlı bəyanat 2008-ci ildə təşkilata üzv ölkələrin XİN rəhbərlərinin Tehranda keçirilən 15-ci iclasının sonunda qəbul olunub.

Tehran Bəyannaməsi 118 ölkəni təmsil edən XİN rəhbərləri və işçi qrupların 4 günlük fəaliyyətinin nəticəsi olaraq 3 fəsildə hazırlanıb və müxtəlif beynəlxalq mövzuları əhatə edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti