"Qarabağ"dan azarkeşlərə xəbərdarlıq

"Qarabağ"dan azarkeşlərə xəbərdarlıq
  30 Oktyabr 2014    Oxunub:1981
"Qarabağ" futbol klubu azarkeşlərə müraciət edib.
AzVision.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, müraciətdə deyilir: "Məlum olduğu kimi, noyabrın 6-da Avropa Liqasının IV turu çərçivəsində "Qarabağ" - "Dnepr" oyunu keçiriləcək. Adıçəkilən yarışda uğurla çıxış edən komandamız hazırda turnir cədvəlində 2-ci sırada qərarlaşıb. Bütün Azərbaycanın qüruru olan "Qarabağ"ımızın avrokubok oyunlarına hədsiz marağın olması bəzi xoşagəlməz halların müşahidə olunmasına səbəb olub".

Qeyd olunur ki, xüsusilə, qeyri-qanuni bilet alveri, saxta bilet satışının ehtimalını nəzərə alaraq, "Qarabağ" futbol klubu xüsusi tədbirlər həyata keçirməyi planlaşdırır: "Belə ki, "Qarabağ" - "Dnepr" oyununun biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq. Bu holoqram məxsusi "Qarabağ" FK üçün hazırlandığına görə onun saxtasını hazırlamaq mümkün deyil".

Klub bütün ictimaiyyətdən xahiş edir ki, bileti hansısa fərdi şəxslərdən deyil, Respublika stadionun kassalarından alsınlar. Holoqramı olmayan biletlər etibarsız sayılacaq.
Biletlər noyabrın 3-dən saat 09:00-dan etibarən satışa çıxarılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti