Partlayan zavodun yanından mərmilər tapılıb

 Partlayan zavodun yanından mərmilər tapılıb
  27 İyul 2016    Oxunub:2285
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi "Araz" zavodunun ətrafında axtarış aparıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatlarına əsasən 8 ev və həyətyanı sahəyə baxış keçirilib, 10 ədəd partlamamış hərbi sursat (8 ədəd PQ-9 raketi, 1 ədəd OF-56 122 mm-lik top mərmisi, 1 ədəd Q-530 152 mm-lik top mərmisi aşkar edilərək, götürülüb.

Sursatların zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülüb. Nəticə etibarilə 5000 kv.m ərazi yoxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti