Pan Gi Mundan İlham Əliyevə məktub

 Pan Gi Mundan İlham Əliyevə məktub
  30 May 2015    Oxunub:1772
BMT baş katibi Pan Gi Mun Azərbaycan prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.

AzVision.az-ın məlumatına görə, BMT baş katibinin məktubunda deyilir:

“Zati-aliləri, Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Bu il BMT 70 illiyini qeyd edir. Bu, bizdə quruculuq işlərinə dair öhdəliyimizi yeniləmək, sülh, inkişaf və insan hüquqları ilə bağlı səylərimizi ikiqat artırmaq məsuliyyəti yaradır. Əminəm ki, bizim sabit inkişafla bağlı birgə səylərimiz bütün dünyanın mənafeyinə əhəmiyyətli və davamlı töhfə verəcək.

Hər bir ölkə bizim birgə səylərimizə özünəməxsus töhfə verir. Mən Azərbaycanın fəal iştirakına və rəhbərliyinə arxalanmağa davam edəcəyəm. Ümumi məqsədlərdə inkişafa yalnız birgə səylərlə nail olmaq mümkündür.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin”.

Qeyd edək ki, İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə həmçinin İtaliya prezidenti Sergio Mattarella təbrik edib.


Teqlər:





Xəbər lenti