"Nizami" stansiyasında eskalator tam bərpa olunub

"Nizami" stansiyasında eskalator tam bərpa olunub
  30 Yanvar 2015    Oxunub:1890
Bakı Metropoliteninin "Nizami" stansiyasında 08.01.2015-ci il tarixində əsaslı təmirə dayandırılan 3 saylı eskalatoru bu gün 15:30-dan etibarən istifadəyə verilib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, təmirin başa çatması 07.02.2015-ci il tarixinə nəzərdə tutulsa da eskalator tam təmir olunub, sınaqdan keçirilib və sərnişinlərin istifadəsinə verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti