Nazirliyə nə qədər şikayət olub? - Statistika

 Nazirliyə nə qədər şikayət olub? - Statistika
  01 Oktyabr 2014    Oxunub:1547
Təhsil Nazirliyi “Qaynar xətt”ə, Kommutator xidmətinə daxil olan zənglərin statistikasını açqılayıb.
AzVision.az xəbər verir ki, zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərin statistikası belədir:

Telefon Məlumat Mərkəzinə 8010 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox) və Kommutator Xidmətinə 3700-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 8122 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.

1610 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1725 sənəd (1116 ərizə, 452 məktub, 157 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu, diplomların tanınması, təhsil sənədlərinin alınması, uşaqların vaxtından əvvəl I sinifə qəbulu, şagirdlərin ümumi təhsil müəssisələrinə yerdəyişməsi və ali təhsil ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2256 zəng) və çərşənbə axşamı (1846 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (2221 müraciət) və çərşənbə axşamı (1857 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Fatimə Kərimli
AzVision.az



Teqlər:





Xəbər lenti