`Moskva Qarabağ üçün əlindən gələni edir` – Zaxarova

`Moskva Qarabağ üçün əlindən gələni edir` – Zaxarova
  26 May 2016    Oxunub:2245
Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edir.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində addımlar atır. Azərbaycan və Ermənistan rəhbərliyi və danışıqlar prosesindəki həmkarlarımızla daim əlaqədəyik. Təmas xəttində gərginlik yaşanan zaman Rusiya dərhal reaksiya verir. Hesab edirəm ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün əlindən gələni edir", - deyə Zaxarova vurğulayıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti