"Mercedes" "KamAZ"la toqquşdu - ölən var

"Mercedes" "KamAZ"la toqquşdu - ölən var
  01 Avqust 2015    Oxunub:2580
Siyəzən rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 31-də saat 02 radələrində Siyəzən rayonu ərazisində Quba şəhər sakini Ceyhun Məmmədovun idarə etdiyi "Mercedes" və Xaçmaz rayon sakini Şakir Əhmədovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub.

Nəticədə C.Məmmədovun sərnişinləri - həmyerliləri S.Minyaşova və N.Mehdiyeva xəstəxanaya yerləşdirilib. S.Minyaşova orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi araşdırma aparır.


Teqlər:





Xəbər lenti