Məmmədyarov Brüsselə gedib

 Məmmədyarov Brüsselə gedib
  30 May 2016    Oxunub:1421
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında sabah keçiriləcək Azərbaycan-NATO iclasında iştirak etmək üçün Brüsselə səfər edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumatına görə, Nazir Elmar Məmmədyarov NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun 31 mayda Brüsseldə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti