Marsda tərəvəz əkəcəklər

 Marsda tərəvəz əkəcəklər
  18 Aprel 2014    Oxunub:1424
Viger Uomlink Mars planetində tərəvəz yetişdirmək fikrindədir.
Niderlandda yerləşən Vageningen Universitetinin ekoloqu Viger Uomlink Mars planetində tərəvəz yetişdirmək fikrindədir. Holland alim apardığı araşdırma və təcrübələrdən sonra bu qənaətə gəlib. NASA mütəxəssisi Viger Uomlink mətbuata açıqlamasında deyib ki, Marsdakı torpaq tərkibinə oxşar bir qablarda bitkilər əkib və 50 gündən sonra canlılarda inkişaf müşahidə edib.

Qeyd edək ki, hollandiyalı alim tərkibində fosfor və dəmir oksidin üstünlük təşkil etdiyi torpaq prototipini yaradıb və istədiyi nəticəyə bu yolla çatıb: "Mən gözləmirdim ki, əkilən bitkilərdə cücərmə baş verəcək. Ehtimal edirdim ki, əksər bitkilər çatışmayan komponenetlər səbəbindən məhv olacaq."




Teqlər:





Xəbər lenti