Kasıbçılıq insanı niyə tez qocaldır?

 Kasıbçılıq insanı niyə tez qocaldır?
  29 Sentyabr 2016    Oxunub:10226
Yoxsulluğun girdabına düşmək insanları daha az ağıllı edir və onları vaxtından əvvəl qocaldır.
AzVision.az xəbər verir ki, bu barədə nüfuzlu "The İndependent" qəzeti məqalə dərc edib.

Məqalədə bildirilir ki, alimlərin araşdırmasına əsasən insanların vaxtından tez qocalmasının əsas səbəbi pul azlığı, antisanitariya şəraitinin yaratdığı stress, habelə siqaret və alkoqolun ifrat istehlakıdır.

Miami Universitetindən professor Adina Zəki əl-Həzzurinin hesab edir ki, yoxsulluq yüksək səviyyədə təhsil almış insanları da təsirləndirə bilər. Alimlər bu barədə nəticəni 3400 pasientin ürək qüsurlarını araşdırarkən əldə ediblər.

Məqalədə deyilir ki, araşdırma zamanı iştirakçıların pul gəlirləri və "qavranan yaşlanma"sı nəzərə alınıb. Qavranan yaşlanma dedikdə insanın özünü neçə yaşında hiss etməsi nəzərdə tutulur.

Alimlər bu nəticəyə gəliblər ki, yoxsulluq beynin işləmə sürətini və onun qərarlar qəbul etmək qabiliyyətini azaldır. Elm adamları yoxsulluğun insan beyninə mənfi təsirinin bir neçə əsas səbəbini görürlər.

Alimlərin fikrincə, birincisi aşağı gəlir insanı sağlam olmayan vərdişlərə - spirtli içkilərə və siqaretə aludə edir.

İkincisi aşağı gəlirlər insanın yaxşı təhsil almasına, biliklərini artırmasına mane olur.

Üçüncü səbəb bundan ibarətdir ki, yoxsulluğun yaratdığı sarsıntı beynin ən dərin qatlarına təsir edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti