Gömrük Komitəsində ciddi dəyişiklik - General işdən çıxarıldı

 Gömrük Komitəsində ciddi dəyişiklik - General işdən çıxarıldı
  12 Yanvar 2016    Oxunub:73166
Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişikliyi baş verib.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general –mayor Güloğlan Muradlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb. O, rəhbəri olduğu idarənin rəis müavini vəzifəsinə təyin edilib.

G. Muradlınının yerinə Balakən Gömrük İdarəsinin rəisi, polkovnik Baba Salayev təyin edilib.

B. Salayev əvvəl Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini vəzifəsində işləyib.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti