"Ərdoğan İrana gəlməsin" - İranlı millət vəkili

"Ərdoğan İrana gəlməsin" - İranlı millət vəkili
  28 Mart 2015    Oxunub:2339
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İrana planlaşdırdığı səfəri ləğv etməyə çağırıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, parlamentari bu çağırışını Ərdoğanın İranın ünvanına səsləndirdiyi fikirlərlə əsaslandırıb:

"Ərdoğanın İrana qarşı səsləndirdiyi fikirlərdən sonra Tehrana gəlişinin heç bir faydası olmayacaq. Buna görə də səfər təxirə salınmalıdır".

İranlı millət vəkili Türkiyə prezidentinin səsləndirdiyi fikirləri geri götürməyə və hərəkətlərinə yenidən nəzər salmağa çağırıb:
"Ərdoğan İranı Yəmənin daxili işlərinə qarışmaqda ittiham edib, bunlar boş ifadələrdir".

AzVision.az


Teqlər:  





Xəbər lenti