Deputatın Rəsulzadə çıxışına Gəncədən cavab

 Deputatın Rəsulzadə çıxışına Gəncədən cavab
  29 May 2015    Oxunub:6628
Millət vəkili Sabir Rüstəmxanlının Məmməd Əmin Rəsulzadənin Gəncədəki büstü ilə bağlı parlamentdəki çıxışına YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev cavab verib.
Təşkilat sədri AzVision.az-a açıqlamasında bildirib ki, Gəncə şəhərində Məhəmməd Əmin Rəsulzadəyə qarşı heç bir hörmətsizlik edilməyib və Sabir Rüstəmxanlının fikirləri həqiqətə uyğun deyil:

“Sözgüdən parkda uzun müdədtli təmir gedir və bu park birbaşa Dəmir Yolu İdarəsinə tabedir. Həmçinin təmir də onlar tərəfindən həyata keçirilir və bu məsələdə Məhəmməd Əmin Rəsulzadəyə qarşı heç bir hörmətsizlik edilməyib. Təmir müddətində abidənin qorunması üçün üzərinə örtük çəkilməlidi və bu həmin abidənin qorunması üçün edilib. Bunu hörmətsizlik kimi qəbul etmək olmaz”.

N.Həmzəyev həmçinin qeyd edib ki, Rəsulzadənin abidəsinin yerləşdiyi ərazi Gəncə şəhəri İcra Hakimiyyətinin balansında deyil. Bunun üçün Nəqliyyat Nazirliyi və Dəmir Yolu İdarəsinə müraciət etmək lazımdır. “Gəncə Şəhər İcra hakimin adının bu məsələdə hallandırılması düzgün deyil və informasiya ictimaiyyətə düzgün çatdırılmır”-deyə N.Həmzəyev vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı Məmməd Əmin Rəsulzadənin Gəncədəki büstünə hörmətsizlik edildiyini deyib: “Neçə vaxtdı deyilir, respublikanın qurucularından biri Məmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, amma onun başına çuval keçirilib. Bu, ABŞ-ın türk əsgərinin başına çuval keçirməsi deməkdir. Bu gün bizim Milli Məclisdə oturmağımızın baiskarı olan insan odur. Ona qarşı bu cür münasibət göstərmək olmaz”.

AzVision.az


Teqlər:  





Xəbər lenti