Bilik Fondu məscidlərdə kitabxana yaradacaq

 Bilik Fondu məscidlərdə kitabxana yaradacaq
  18 Sentyabr 2014    Oxunub:3139
Bilik Fondunun xarici ölklərdə nümayəndəliklərinin açılacağı gözlənilir.

Bu barədə jurnalistlərə açıqlamasında qurumun icraçı direktoru Oqtay Səmədov məlumat verib.

O bildirib ki, fondun nizamnaməsində göstərilir ki, xarici ölkələrdə və Azərbaycanın bölgələrində filial və nümayəndələr yaradıla bilər: “Azərbaycanın 74 rayonunda nümayəndələrimiz var. Onlar aparıcı məktəblərin direktorlarıdır. Xaricidə də filiallarımızın yaradılması nəzərdə tutulub. Beynəlxalq layihələr sektorunun vasitısilə bu istiqamətdə addımlar atacağıq. Rusiya, Misir, Bolqarıstan, Çexiya, Slovakiya, Almaniya, Macarıstan bu sahədə fəaldır və bu ölkələrdən bizə artıq müraciətlər gəlib. Bilik fondu şərtləri müəyyənləşdirdikdən sonra ictiamiyyətə məlimat verəcəyik”.

O.Səmədov fondun büdcəsindən danışıb. O bildirib ki, artıq büdcə xərclərinin istiqaməti müəyyənləşib: “Maliyyə Nazirliyi ilə əməkdaşlıq edirik və bizə büdcədən vəsait ayrılıb. Nizamnaməyə uyğun olaraq yaxın gələcəkdə fondun özünün büdcəsini formalaşdıra bilərik”.

Oqtay Səmədov onu da bildirib ki, gələcəkdə yeni layihəyə başlamaq istəyirik ki, bu da “Yaradıcılıq fakültələri” adlı layihəsidir: "Jurnalistika üzrə təlimləri bu layihə çərçivəsində icra etmək niyyətindəyik. Belə ki, gələcəkdə jurnalistika ixtisası üzrə hazırlaşan abituriyenləri bizdə keçiriləcək təlimlərə cəlb edə bilərik. Fond olaraq biz də juralistlərlə təkcə xəbər ötürcüsü deyil , həm də onlarla əməkdaşlıq edən və eyni məqsədə qulluq edən bir qurum kimi fəaliyyət göstərmək istəyirik".

Bilik Fondunun daha bir layihəsi isə məscidlərlə bağlıdır. O.Səmədovun sözlərinə görə, fond məscidlərdə kitabxanaların yaradılmasını planlaşdırır. Burada məqsəd isə məscidlərin təkcə ibadət yeri olmadığını diqqətə çatdırmaqdır.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti