Beynəlxaq Aeroportun yeni terminalının FOTOLARI

 Beynəlxaq Aeroportun yeni terminalının FOTOLARI
  23 İyul 2014    Oxunub:1339
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı ildə 6 milyon sərnişin daşıma gücünə malikdir. Yeni aerovağzal kompleksinin sahəsi 65 min kvadratmetrdir.
AzVision.az xəbər verir ki, birinci mərtəbə uçuşa gedən sərnişinlərin qeydiyyatı və gələn sərnişinlərin baqajlarının alınması üçün nəzərdə tutulub. Burada, həmçinin "biznes-klass" sərnişinlərə də yüksək səviyyədə xidmət göstəriləcək. II mərtəbə uçuşdan gələn sərnişinlər üçün nəzərdə tutulub. Bu mərtəbədə sərnişinlərin sərhəd nəzarəti, viza alınması üçün köşklər, tranzit sərnişinlərin aviasiya təhlükəsizliyi nəzarəti sahələri, eləcə də uçuşa gedən sərnişinlər üçün istirahət zonaları yaradılıb. III mərtəbədə müasir sərnişindaşınma texnologiyasına əsaslanan, sərnişinlərin gömrük və aviasiya təhlükəsizliyi və sərhəd nəzarəti həyata keçirilir. Bu mərtəbədə xüsusi dizaynla tərtib olunmuş "Duty free" mağazaları, kafelər fəaliyyət göstərir. IV mərtəbəsində də "bizness klass" sərnişinlərə xidmət göstərmək məqsədilə bar və kafelər, görüşlərin keçirilməsi üçün rabitə avadanlığı ilə təchiz olunan otaqlar yerləşir. Bütün mərtəbələrdə elektron məlumat tabloları yerləşdirilib.Yeni terminalın binasında müasir eskalatorlar və liftlər quraşdırılıb. Binanın ərazisində eyni vaxtda 12 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılıb. Teleskopik traplardan ikisi dünyanın ən böyük sərnişin təyyarəsini - ikigöyərtəli "Airbus A380" hava gəmisini qəbul etmək üçün nəzərdə tutulub. Yeni aerovağzal kompleksinin meydanında 750 avtomobil yerlik dayanacaq var.

Qalereya




Teqlər:  





Xəbər lenti