Baş nazir toyda zəhərlənən azərbaycanlılara baş çəkib

 Baş nazir toyda zəhərlənən azərbaycanlılara baş çəkib
  30 Avqust 2016    Oxunub:2406
Avqustun 30-da gecə saatlarında Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Marneuliyə səfər edərək Sadaxlı kəndindəki toy mərasimində zəhərlənən azərbaycanlıların yerləşdirildiyi xəstəxanaya baş çəkib.
Baş nazir zəhərlənmənin səbəbi ilə maraqlanıb. Məlumat verilib ki, toyda hazırlanan yeməklərdən nümunələr götürülüb və yaxın günlərdə səbəb müəyyənləşdiriləcək.

G.Kvirikaşvili jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin bu işlə ciddi məşğul olduğunu deyib. Xəstələri ziyarət etdiyini bildirən Baş nazir deyib: “Həkimlərin dediyinə görə, vəziyyət o qədər də təhlükəli deyil”.

Xatırladaq ki, Marneuli xəstəxanası zəhərlənmə əlamətləri ilə 150 nəfəri qəbul edib. Xəstələr Tbilisi və Rustavi xəstəxanalarına da göndərilib. Kütləvi zəhərlənməyə qida və ya içkinin səbəb olduğu ehtimal edilir. (Azərtac)

AzVision.az


Teqlər:





Xəbər lenti